Azərbaycan və Özbəkistan XİN-ləri arasında əməkdaşlıq proqramı imzalanıb
17:50 21 İyun 2022
Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında 2022-2024-ci illər üzrə əməkdaşlıq proqramı imzalanıb.
Femida.az xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər nazirinin vəzifələrini icra edən Vladimir Norov imzalayıblar.
Bundan başqa, Azərbaycanla Özbəkistan arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb. Bu sənədə də C.Bayramov və V.Norov imza atıblar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə dövlət səfərindədir. Səfər çərçivəsində Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev mərasimdə iştirak ediblər.
Oxunub: 262
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)