ABŞ-da gənc basketbolçu dünya çempionu ölüb


15:46     22 İyun 2022 22_06_22_1655887652.jpg

ABŞ-ın İndiana ştatının Fort-Ueyn şəhər xəstəxanasında 25 yaşlı perspektivli basketbolçu Kaleb Suoniqan ölüb.

Femida.az-ın ESPN-ə istinadən məlumatına görə, hadisə təbii səbəblərdən baş verib.

Kaleb Suoniqan Perdyu Universiteti komandasının ulduz oyunçusu olub. O, 2015 - 2017-ci illərdə ABŞ-ın ən gənc perspektivli oyunçusu sayılıb.

2015-ci ildə “İndiana ştatının basketbol cənabı” adını almış idmançı 2017-ci ildə “Big Ten” konfransında “ilin oyunçusu” olub.

Kalev Souniqan ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) “Portlend Treyl Bleyzers” və “Sakromento” klublarında çıxış edib, ümumilikdə NBA-da 75 dəfə forma geyinib. Suoniqan 2014-cü ildə 17 yaşadək və 2015-ci ildə 19 yaşadək yeniyetmələr arasında dünya çempionu olub.

Açar sözlər:

Oxunub: 289