BDU-da 75 nəfər professor vəzifəsinə qəbul edilib
18:43 22 İyun 2022
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.
Femida.az xəbər verir ki, iclasda əvvəlcə BDU Elmi Kitabxanasının 2021-ci il üzrə hesabatı dinlənilib.
Kitabxananın direktoru Nigar İsmayılova Elmi Kitabxananın strukturu, əməkdaşları, kitab fondu haqqında məlumat verib. O qeyd edib ki, Elmi Kitabxananın fondunda 2 135 413 nüsxə sənəd qorunur. Kitabxana fondunun 67, 4 faizini elmi, 30,5 faizini tədris ədəbiyyatı, 2,1 faizini mübadilə ehtiyat fondu təşkil edir. 2021-ci ildə kitabxana fonduna 7 204 nüsxə sənəd və 24 adda 9 982 nüsxə qəzet daxil olub. Elmi Kitabxana Azərbaycan ali məktəb kitabxanalarının metodiki mərkəzi statusunu daşıyır və 30-dan artıq ölkədaxili universitet kitabxanası, 40 xarici ölkənin 50-yə yaxın aparıcı kitabxanası ilə beynəlxalq səviyyədə əməkdaşlıq edir. Elmi Kitabxananın elektronlaşdırılması da artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda oxucular BDU-nun 24 saat fəaliyyət göstərən elektron kitabxanasının xidmətlərindən istifadə edə biləcəklər.
Daha sonra Elmi Şurada BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun 8 fakültəsi üzrə 75 nəfər professor vəzifəsinə təsdiqlənib.
Oxunub: 290
Oxşar xəbərlər
- BDU-dan xaric edilən tələbə ilə bağlı məsələyə bu gün yenidən baxılacaq
- BDU-da ilk dərsin başlamasından 100 il ötür
- BDU-da köklü kadr dəyişiklikləri - Yeni təyinatlar
- BDU-da Himayəçilər Şurası yaradıldı
- BDU-da 2 prorektor işdən çıxarıldı
- BDU-da iş müsabiqəsi elan edildi - Bu vəzifələr boşdur (SİYAHI)
- BDU-da top mərmisi tapıldı - FOTO