Qusarda 20 yaşlı oğlan göldə boğulub


09:46     24 İyun 2022 2022/06/3f4b431f-dcb6-3b4b-9f65-e4b87ba02370_850_1656049647.jpg

Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlu batıb.

Bu barədə "a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə A.Səlimovun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu A.Səlimovun meyitini tapılaraq aidiyyəti üzrə təhvil verib.

Açar sözlər:

Oxunub: 303