Bakıda avtomobil 9 yaşlı uşağı vuraraq ağır xəsarət yetirib


09:17     26 İyun 2022 22_06_26_1656220674.jpg

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bilgəh qəsəbəsində avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Ağaşov Həsən Maşallah oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 250