Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb


14:14     01 İyul 2022 22_07_01_1656668205.jpg

Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Femida.az-"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində paytaxt sakini K.Abdullayevanın çantasından içərisində 235 manatı, balansında 257 manatı olan bank kartı və digər kartlar olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 311