Bakıda 11 yaşlı oğlanı avtomobil vurub


09:50     03 İyul 2022 22_07_03_1656827440.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Seyid Ayxan Anar oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 237