6 nəfərin öldüyü qəza ilə bağlı ŞOK: Sürücülük vəsiqəsi olmayan sürücü görün kimdir


11:28     03 İyul 2022 22_07_03_1656833342.jpg

Dəhşətli qəzaya səbəb olan şəxsin SÜRÜCÜLÜK VƏSİQƏSİ OLMAYIB

Göygöldə yük maşını ilə minik maşınının toqquşması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Femida.az -ın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Samux rayon sakini 25 yaşlı Orxan Hümbətov idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə magistral yola çıxan zaman Nəribala Bayramovun idarə etdiyi “DAF“ yük maşını ilə toqquşub. Qəza zamanı “VAZ 2107“ sürücüsü 25 yaşlı Orxan Hümbətov, onun həyat yoldaşı 26 yaşlı Sona, sürücünün 2 yaşlı oğlu İbrahim, 13 yaşlı Aylin Yusibova və Fidan Neymətli hadisə yerində ölüblər. 21 yaşlı Elsəvər Şahməmmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 379