Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib


15:11     03 İyul 2022 22_07_03_1656846735.jpg

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə tam nəzarəti ələ keçirib.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün, 2022-ci il iyulun 3-də Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Putinə Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunması barədə məruzə edib", - nazirlikdən bildirilib.

Açar sözlər:

Oxunub: 291