Ukrayna Lisiçansk şəhərinə nəzarəti itirir


15:59     03 İyul 2022 22_07_03_1656849611.jpg

Rusiya Ordusu Lisiçansk rayonunda möhkəmlənir və Lisiçansk şəhərini məhv edir.

Femida.az-IN UNİAN-a istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın Luqansk vilayətinin Hərbi Administrasiyasının sədri Sergey Qayday bildirib.

Sergey Qayday deyib ki, Rusiya yəqin ki, Lisiçanska bütün qüvvələrini yönəldib, bütün silah növlərindən istifadə edilir. Luqansk vilayətinin Hərbi Administrasiyasının sədrinin sözlərinə görə, Rusiya Ordusu ciddi itkilər versə də, inadla irəliləyir: “Onlar şəhərdə, həmçinin Vernekamenk yaşayış məntəqəsində möhkəmlənir, yaşayış məntəqələrini məhv etməyə davam edir”.

Qeyd edək ki, Lisiçansk Luqansk vilayətində Ukraynanın nəzarətində qalan son şəhər olub.


Açar sözlər:

Oxunub: 378