Avstraliya Rusiyadan qızıl idxalını qadağan edib


21:05     03 İyul 2022 22_07_03_1656867972.jpg

Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, ölkəsi daha 16 Rusiya vətəndaşına sanksiya tətbiq edəcək.

Femida.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Avstraliya paralel olaraq Rusiya qızılının ölkəyə gətirilməsini də qadağan edib.

Albaneze qeyd edib ki, sanksiya siyahısına iş adamları və nazirlər salınacaq. Bununla da Avstraliyanın sanksiya tətbiq etdiyi Rusiya vətəndaşlarının sayı 843-ə çatacaq.

Açar sözlər:

Oxunub: 248