Ukrayna Lisiçansk şəhərini itirdiyini təsdiqləyib


21:33     03 İyul 2022 22_07_03_1656869637.jpg

Ukrayna hərbçiləri gərgin döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub.

Femida.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbukda məlumat yayıb.

Qeyd olunub ki, Rusiya qüvvələri artilleriya, aviasiya, çoxsaylı raket sistemləri və döyüş sursatları ilə Ukrayna hərbçilərinin mövqelərini atəşə tutublar:

“Ukraynalı müdafiəçilərin həyatını xilas etmək məqsədilə geri çəkilmək qərarı verilib”.

Açar sözlər:

Oxunub: 369