Allahşükür Paşazadə Londana gedir
11:21 04 İyul 2022
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Böyük Britaniyaya səfərə yola düşür.
QMİ-nin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, səfərdə məqsəd iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak etməkdir.
Səfər Böyük Britaniyanın Cənubi və Mərkəzi Asiya, Şimali Afrika, BMT və Birlik ölkələri üzrə dövlət naziri, Uimbldon Lordu Əhməd cənablarının dəvət məktubu əsasında həyata keçirilir. Konfransın məramı dünyada Din və etiqad azadlığını müdafiə etmək üçün beynəlxalq səylərə təkan verəcək və hökumətlərin müxtəlif dini və qeyri-dini icmalar və vətəndaş cəmiyyəti ilə birlikdə işləməsi yollarını nəzərdən keçirməkdir.
QMİ sədri Şeyxülislam A.Paşazadə nüfuzlu beynəlxalq konfransın plenar iclasında məruzə ilə çıxış edəcək, müzakirələrdə iştirak edəcək.
QMİ sədri Din və Etiqad azadlığı Konfransının iştirakçısı olaraq Dauninq stritdə rəsmən qəbul ediləcək.
Oxunub: 253
Oxşar xəbərlər
- Allahşükür Paşazadə Ümrə ziyarətinə gedir
- Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə gedib
- Allahşükür Paşazadənin müşaviri vəfat edib
- Allahşükür Paşazadə müsəlman və xristian dövlətlərinə təşəkkür edib
- Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib
- Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib
- Allahşükür Paşazadə İrana qarşı sanksiyaların dayandırılması xahişi ilə Trampa məktub göndərib
- Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib
- Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
- Allahşükür Paşazadə üçün yubiley günü - Şeyxülislamın 70 yaşı olur