İlan adasında yenidən Ukrayna bayrağı ucaldılıb


16:07     04 İyul 2022 22_07_04_1656936443.jpg

"İlan adasında hərbi əməliyyat başa çatıb və adanın ərazisində Ukrayna bayrağı ucaldılıb".

Femida.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Cənub Dairəsinin Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib.

“Ərazi artıq Ukraynanın yurisdiksiyasına qaytarılıb”, - o bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya qoşunları İlan adasını tərk edib.

Açar sözlər:

Oxunub: 371