İlan adası Rusiyanın hərbi texnikalarından tam təmizlənib


16:27     07 İyul 2022 22_07_07_1657193277.jpg

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Dəstələri İlan adasının təmizlənməsi tapşırığını tamamilə yerinə yetiriblər.

Femida.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Cənub Dairəsinin Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, adada Rusiyanın 30-dək hərbi texnikası tamamilə məhv edilib.

Xatırladaq ki, iyunun 30-da Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib və ada işğaldan azad olunub.

İyulun 4-də isə İlan adasına Ukrayna bayrağı sancılıb.

Açar sözlər:

Oxunub: 408