Bakıda 72 yaşlı qocanı avtomobil vurub


10:03     06 İyul 2022 22_07_06_1657080291.jpg

Bakıda qoca kişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1950-ci il Şıxaliyev Vaqif Rəşid oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 309