Nisyə siqaret üstündə qadını baltaladı - TOY YARIMÇIQ QALDI


16:46     07 İyul 2022 2022/07/qetl-768x403_1657194682.jpg



Yardımlıda öz dükanında baltalanan satıcının qətli ilə bağlı bəzi təfərrütlar ortaya çıxıb.

Ostayir kənd icra nümayəndəliyindən APA TV-yə verilən xəbərə görə, 60 yaşlı Gülxar Məmmədovanı öz dükanında qətlə yetirən 37 yaşlı Firqət Məsdiyev artıq saxlanılıb. Onun kənddə tüfeyli həyat tərzi sürdüyü və narkotik spirtli içki aludəçisi olduğu deyilir.

Elə hadisə də həmin şəxsin Gülxar Məmmədovadan siqaret almaq istəməsi üstündə baş verib. Belə ki, mərhumun oğlunun sözlərinə görə, həmin gün kənddə toy məclisi varmış. Firqət Məsdiyev sərxoş vəziyyətdə dükana gələrək siqaret istəyib. Mərhum isə ona nisyə mal verilmədiyini və mağazaya borclu olduğunu xatırladıb. Bundan sonra Firqət Məsdiyev dükandan çıxıb.

Bundan sonra Gülxar Məmmədova oğlu və gəlnini yaxınlıqdakı toy mərasiminə göndərib. Firqət Məsdiyev isə bundan istifadə edərək əlində balta ilə geri qayıdıb və qadını baltalayıb. Hadisəni törətdikdən sonra isə dükanın qapısını baxlayaraq elektrik naqillərini qırıb.

Qadının meyitini dükana su almağa gələn yeniyetmələrdən biri görüb. Bundan sonra toy mərasimində iştirak edənlərə xəbər verib və məclis yarımçıq dayandırılıb.

Qeyd edək ki, hadisəni törədən Firqət Təvəkkül oğlu Məsdiyev subay olub.



Açar sözlər:

Oxunub: 424