Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib


11:25     08 İyul 2022 22_07_08_1657265136.jpg

Paytaxtın Yasamal rayonu ərazisində 2013-cü il martın 30-da İsmayıl Zeynalovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Femida.az-a Baş Prokurorluğundan məlumat verilib.

Müəyyən edilib ki, Bakı şəhər sakini Zaur Sadıqovla 29 mart 2013-cü il tarixdə saat 21 radələrində tanışı İsmayıl Zeynalovun arasında avtomobildə mübahisə baş verib, Zaur Sadıqov avtomobili yolda saxlayaraq maşından enməyə çalışan narkotik vasitələrin təsiri altında olan İsmayıl Zeynalova bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurub əlləri ilə onu boğaraq öldürüb, daha sonra narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyüb qoyaraq hadisə yerindən uzaqlaşıb.

Zaur Sadıqova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 3396