Rusiya bəzi aeroportlarda uçuşların məhdudlaşdırılması rejimini uzadıb


15:16     11 İyul 2022 22_07_11_1657534641.jpg

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini uzadıb.

Femida.az
Rusiya KİV-inə istinadən xəbər verir ki, agentliyin məlumatında rejimin iyulun 18-dək uzadıldığı qeyd olunub.

Belə ki, təyyarələr Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçmayacaq. Aviaşirkətlərə Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanlarından istifadə etmək tövsiyə olunur.

Açar sözlər:

Oxunub: 387