Bakıda qamışlıq ərazi yanır


10:53     13 İyul 2022 22_07_13_1657695220.jpg

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qamışlıq ərazidə yanğın başlayıb.

Femida.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 349