Rusiya Dneprə raket zərbəsi endirib, 3 nəfər ölüb, 15 nəfər yaralanıb


09:48     16 İyul 2022 22_07_16_1657949799.jpg

Rusiya hərbçilərinin Ukraynanın Dnepr şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Femida.az-ın xəbərinə görə, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Rezniçenko teleqram kanalında məlumat verib.

O, qeyd edib ki, raketlər sənaye müəssisəsinə və onun yanındakı küçəyə düşüb. Rezniçenko Rusiyanın bu hücumu ilə bağlı göstəricilərin ilkin məlumat olduğunu qeyd edib.

Vilayət hərbi administrasiyasının sədri bildirib ki, dağıntının miqyası dəqiqləşdirilir.

Açar sözlər:

Oxunub: 478