Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
12:12 16 İyul 2022
Quba Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər şəxs, ona məxsus evdən qapını sındırma yolu ilə, oğurluq edilməsi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Nicat Nəcəfov və Laçın Sərkərov saxlanılıblar.
Həmin şəxslərin zərərçəkmişə aid evə girərək oradan içərisində 125 000 manat və 10 min 310 dollar olan seyfi oğurladıqları müəyyən edilib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxunub: 388
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubada 35 yaşlı kişi qətlə yetirilib
- Qubada qadın baltalanıb, qızı anasını ölümdən xilas edib
- Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib
- Qubada daha 5 vəzifəli şəxsə cinayət işi başlanılıb
- Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb
- Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb
- Qubada 39 yaşlı kişi intihar edib