Bakıda avtomobil 26 yaşlı gənci vuraraq ağır xəsarət yetirib


09:12     17 İyul 2022 22_07_17_1658037227.jpg

Bakıda avtomobil 26 yaşlı gənci vuraraq ağır xəsarət yetirib.

Femida.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində “Mercedes” markalı avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Altun Cəfərovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol ayağın çoxsaylı sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 391