Bakıda özünü binadan atan ana və övladının son durumu açıqlanıb


11:05     19 İyul 2022 22_07_19_1658221526.jpg

Bakıda intihara cəhd edən ana və övladının son durumu açıqlanıb.

TƏBİB-dən Femida.az-a bildirilib ki, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd olunub ki, hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə özünü binanın beşinci mərtəbəsindən atıb. Nəticədə uşaqlardan biri hadisə yerində keçinib, ana və digər övladı isə xəstəxanaya yerləşdirilib.

Açar sözlər:

Oxunub: 375