Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var


09:19     29 İyul 2022 22_07_29_1659071966.jpg

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.

Femida.az-ın məlumata görə, hadisə iyulun 28-də paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Əhmədov Böyükkişi Hökümxan oğlu idarə etdiyi "İsuzu" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 1997-ci təvəllüdlü Əliyev Ümid Elçin oğlu idarə etdiyi "Mitsubishi Lancer" markalı maşınla onun qarşısına köməkçi yoldan çıxıb. Nəticədə Ü.Əliyev və onun yanında olan sərnişin Emin Abdullayev müxtəlif dərəcəli
bədən xəsarətləri alaraq müalicə olunmaları üçün xəstəxanaya aparılıb. Lakin Ü.Əliyev aldığı xəsarətlərdən xəstəxananın reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi
başlanılıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 315