“Azərpoçt”un inkassatoru şirkətin 10 min manata yaxın vəsaitini mənimsəyib


09:55     04 Avqust 2022 22_08_04_1659591939.jpg

“Azərpoçt”un inkassatoru şirkətin 10 min manata yaxın vəsaitini mənimsəyib.

Bu barədə Femida.az-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, “Azərpoçt”un Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-ə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

Açar sözlər:

Oxunub: 803