Bakıda ər-arvad yol qəzasında ölüb


09:28     25 Avqust 2022 22_08_25_1661404465.jpg

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində keçinib, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Mustafayeva Anargül Mamed qızı isə ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 417