Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu (RƏSMİ)


10:22     27 Avqust 2022 22_08_27_1661579884.jpg

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, faktla bağlı araşdırma aparılır.


Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 602