Bacısını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
10:47 02 Sentyabr 2022
Ağcabədi rayonunda bacısını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Femida.az-a rayon prokurorluğundan məlumat verilib.
Belə ki, sentyabrın 1-i saat 12 radələrində Ağcabədi rayonu, Xocavənd kənd sakini 1994-cü il təvəllüdlü Vüsalə Quliyevaya yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1992-ci il təvəllüdlü Toğrul Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Vüsalə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Toğrul Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Oxunub: 403
Oxşar xəbərlər
- Bacısını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Bacısını öldürüb, onun sevgilisini bıçaqlayana 17 il verildi
- Bacısını öldürən və onun sevgilisini bıçaqlayan şəxsin məhkəməsi başlayır
- Bacısını öldürən şəxsə 9 il "iş kəsildi"
- Bacısının doğum günündə şəhid oldu - REPORTAJ
- Bacısını öldürən qardaşın işi məhkəmədə
- Bacısını kanalda boğaraq qətlə yetirən şəxs həbs olundu
- Bacısının boğazını kəsən şəxsin istintaqı başa çatıb - MƏHKƏMƏ
- Bacısının azyaşlı qızına təcavüz edən şəxslə bağlı - YENİ QƏRAR
- Bacısını bıçaqlayan şəxsin məhkəməsi başlayır