İstehlaka yararsız ət və süd məhsulları məhv edilib
10:10 12 Sentyabr 2022
İstehlaka yararsız ət və süd məhsulları məhv edilib.
Bu barədə Femida.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, “Qurman Plyus” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 17234.35 kq müxtəlif növ ət və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.
Oxunub: 1679