Bakıda xeyli sayda tutulan var - VİDEO
13:54 15 Sentyabr 2022
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən dəstə üzvləri saxlanılıblar.
Bu barədə Femida.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı dəstə başçısı Mahir İsayev, onun tanışları Lətif İsmayılov, Araz Həsənov və Niyazi Muradəliyev tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən 20 kiloqrama heroin və 5 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, Mahir İsayev əvvəlcə “instagram” sosial şəbəkəsində xarici ölkələrdən birində yaşayan narkotacirlə tanış olub. Onun narkokuryerlik təklifi ilə razılaşan saxlanılan şəxs daha sonra bu işə öz tanışlarını da cəlb edib. Dəstə üzvləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotik vasitələri Astara rayonunda əldə edəndən sonra satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər, Faktla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa Binəqədi rayonu, xüsusən Biləcəri qəsəbəsi ərazisində son 5 gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı əlavə olaraq 20 nəfər tutularaq istintaqa cəlb edilib. Saxlanılanlar Binəqədi rayonunda narkotik maddələrin satışını təşkil edən şəxslər olublar. Onlardan külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkar olunub.
Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Oxunub: 2700
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb