BP “Bakı-Supsa” kəmərinə 150 mln dollar yatıracaq


18:40     21 Yanvar 2016 kemer.jpg

Böyük Britaniyanın BP şirkəti Azərbaycandan Gürcüstana neft nəql edən Bakı-Supsa kəmərinin bəzi hissələrinin yenidən qurulmasına 150 mln. ABŞ dolları yatıracaq.


Bu barədə "APA" "Business Recorder" agentliyinə istinadən xəbər verir.

Agentlik bildirir ki, bu məsələ İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda BP-nin baş icraçı direktoru Bob Dadli ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında baş tutan görüşdə müzakirə olunub.

Açar sözlər:

Oxunub: 1200