Yunanıstan da İranla anlaşdı


18:31     24 Yanvar 2016 iran-apertura-831x5303.jpg

Yunanıstanın Dövlət Neft Şirkətinin (Hellenic Petroleum) İranın Milli Neft Şirkəti (NIOC) ilə neft alması ilə bağlı uzunmüddətli çərçivə sazişi imzalanıb.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, sazişi İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmir Hüseyin Zamani Niya (Amir Hossein Zamani Nia) və Yunanıstanın ekologiya və energetika naziri Panos Skourletis imzalayıb.

Müqavilənin şərtlərinə görə, NIOC ilkin mərhələdə “Hellenic Petroleum”un tələbatının 25%-ə qədər olan hissəsini təmin etməyi öz öhdəsinə götürüb. Qarşılığında isə Yunanıstan köhnə borcların qaytarılması ilə bağlı məsələlərə baxacağını öhdəsinə götürüb. Bu, İrana qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra ilk razılaşmadır.

Tərəflər həmçinin qaz və elektrik enerjisi ilə bağlı məsələləri müzakirə edib. Hər iki ölkə çərçivə sazişinin tezliklə icrasına başlayacağını açıqlayıb.

Açar sözlər:

Oxunub: 887