Sankt-Peterburqda azərbaycanlı bıçaqlanaraq öldürüldü


15:37     26 Yanvar 2016 bicaqqq3.jpg

Bu gecə Sankt-Peterburqda azərbaycanlı bıçaqlanaraq öldürülüb.


APA-nın “Lifenews”a istinadən verdiyi məlumata görə, 32 yaşlı azərbaycanlı yan və sağ çiyinin kəsilmiş-deşilmiş yarası, qarının açıq travması və qapalı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Onu bilyard salonundan gətiriblər. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını aydınlaşdırır. Faktla bağlı cinayət işi başlanıb. İlkin məlumata əsasən azərbaycanlı Sankt-Peterburqda qeydiyyatsız yaşayıb.

Açar sözlər:

Oxunub: 1142