Sankt-Peterburqda beynəlxalq forum başlayıb


18:06     16 İyun 2016 4d32e849719de6d377d6606b572a7fff.jpg

Sankt-Peterburqda "Yeni İqtisadi reallıqlar astanasında" devizi altında Beynəlxalq İqtisadi Forum işə başlayıb.


Femida.az xəbər verir ki, 3 gün davam edəcək forumda dünyanın yüzdən çox ölkəsindən olan şirkət nümayəndələri, dövlət adamları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

Forumu Rusiya baş nazirinin birinci müavini Sergey Prixodko açıq elan edib. O, Peterburq Beynəlxalq İqtisadi Forumunun dünyanın ən məşhur iqtisadi meydançasına çevrildiyini söyləyib: "Bu gün bu forumda iştirak edənlər Rusiya ilə əməkdaşlıq etmək və Rusiyanın yanında olmaq istəyənlərdir".

Forumda eyni zamanda BMT baş katibi Pan Gi Mun, Avropa Komissiyasının sədri Jan Klod Yunker, Fransanın sabiq prezidenti Nikolya Sarkozi və digərləri iştirak edirlər.

Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinə iqtisadi inkişaf naziri Şahin Mustafayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və digər şəxslər daxildir.

Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 1997-ci ildən keçirilir. 2005-ci ildən Forumda Rusiya prezidenti Vladimir Putin iştirak edir.

Femida.az

Açar sözlər:

Oxunub: 842