Korrupsiya indeksi açıqlandı - Azərbaycan neçəncidir?


14:53     27 Yanvar 2016 ggg7.jpg


Transparency International təşkilatı 2015-ci il üzrə Korrupsiya Qavrama İndeksini (KQİ) açıqlayıb.

Femida.az xəbər verir ki, 168 ölkənin yer aldığı siyahıda Azərbaycan irəliləyərək 119-cu yerdə qərarlaşıb. Belə ki, ötən il Azərbaycan siyahıda 126-cı yerdə olub. Ölkəmiz cədvəldə Mozambik, Vyetnam, Pakistan, Tanzaniyadan sonra gəlib.


Qeyd edək ki, siyahıda ölkələr 0-100 ballıq sistemlə qiymətləndiriliblər ki, Azərbaycan 29 bal əldə edib.

Ötən il 136-cı yerdə qərarlaşan qonşu Rusiya da irəliləyərək sıralamada 119-cudur.

Postsovet ölkələri arasında ən aşağı nəticəni isə Ukrayna (130) göstərib.

Siyahıda ən yaxşı göstərici isə ilk üçlükdə qərarlaşan Danimarka (91), Finlandiya (90) və İsveçə (89) aiddir.




Açar sözlər:

Oxunub: 1374