Korrupsiya haqda məlumat verənləri dövlət qoruyacaq
13:47 05 Oktyabr 2016
Azərbaycanda korrupsiya halları barəsində müvafiq qurumlara məlumat verən şəxslər dövlət tərəfindən qorunacaq.
Milli Məclisdən Femida.az-a verilən məlumata görə, qanuna əlavə üçün təklif edilən 11-1-ci maddədə bildirilir ki, korrupsiya ilə əlaqdar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər.
Maddəyə əsasən dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə müəyyən ediləcək.
Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya əlaqədar hüquqpozmalarla bağlı məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək.
Səlahiyyətlli struktur bölmə ona daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində məlumatı araşdırıb və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirəcək.
Digər bir maddədə isə qeyd olunur ki, müəyyən ediləcək səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir.
Femida.az
Oxunub: 1147
Oxşar xəbərlər
- Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edildi
- Korrupsiya ilə bağlı 73 iş məhkəməyə göndərilib
- Korrupsiya qalmaqalı böyüyür, qadın nazir həbs edilib
- Korrupsiyaya qarşı mübarizədə - Yenilik
- Korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbir keçirildi
- Korrupsiya indeksi açıqlandı - Azərbaycan neçəncidir?
- Korrupsiyaya qarşı mübarizədə uğurlu əməkdaşlıq
- Korrupsiya faktı ilə bağlı cinayət işi açıldı - RƏSMİ
- Korrupsiyaya görə 3 nəfərə cinayət işi açıldı
- Korrupsiyaya görə hakimlər cəzalandırıldı