52 yaşlı qadın faciəvi şəkildə öldü


20:38     27 Yanvar 2016 dem%20qazindan.PNG

Bakıda 52 yaşlı qadın dəm qazından boğulub.


Femida.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu gün günorta saatlarında İstiqlaliyyət küçəsi, dalan 5, ev 27, mənzil 25 ünvanında orada yaşayan 1964-cü il təvəllüdlü Hacıyeva İradə Sabir qızı dəm qazından boğulub. Onun meyitini yaxınları aşkar edib və bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Açar sözlər:

Oxunub: 1503