52 növ dərman istehsal ediləcək


17:27     26 Aprel 2016 derman-289.jpg

“İranın şirkəti ilə birgə Azərbaycanda dərman istehsalı ilə bağlı müzakirələr davam etdirilir. Hazırda layihə üzərində təhlil işləri aparılır”.


Femida.az xəbər verir ki, bu barədə modern.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib. O deyib ki, paralel olaraq layihə smeta sənədləri hazırlanır. Smeta sənədləri hazır olduqdan sonra Sumqayıt Kimya Sənaye Parkında dərman istehsalı zavodun tikinti işlərinə başlanılacaq.

A.Əliyev bildirib ki, ilkin mərhələdə 52 həyatı vacib olan və ən çox tələb olunan dərman vasitələri istehsal olunacaq.

“Sonrakı mərhələdə istehsal olunan dərman vasitələrinin siyahısı daha da genişləndirilə bilər”.

Bakıda “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və İranın “Darou Pakhsh” şirkəti arasında Azərbaycanda əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalının təşkili haqqında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, birgə yeni müəssisə yaradılacaq. Bu müəssisəni “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və “Darou Pakhsh” şirkəti birgə maliyyələşdirəcək.

Açar sözlər:

Oxunub: 1226