TQDK-dan abituriyentlərə xəbərdarlıq
14:53 28 Yanvar 2016
"Son vaxtlar müəyyən qüvvələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və test toplularını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar".
Femida.az
bildirir ki, bu barədə report-a TQDK-dan bildirilib.
Məlumata görə, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir:
"Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır".
Oxunub: 910