TQDK-dan dərsliklərlə ilə bağlı açıqlama


22:04     01 Oktyabr 2015 84a781af567a661c4fe85296fa9f65cb.jpg

Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) olub.


TQDK-nın mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, 2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən “Dərsliklərin qiymətləndirilməsi meyarları” əsasında dərsliyin və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək, rəy hazırlanıb.

Maketin qeyd edilən meyarlar üzrə tələblərə cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib.

Açar sözlər:

Oxunub: 1000