“Ermənistana sanksiya tətbiq edilməlidir” - Krım lideri


00:18     03 Fevral 2016 krim%20lideri%202%20fevral.jpg

Krım tatarlarını lideri, Ukraynanın xalq deputatı Mustafa Cəmil Krımoğlu Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə çağırıb.


Bu barədə “Krım xəbərlər Agentliyi” xəbər yayıb.

Bildirilib ki, Cəmilov AŞPA-da Ukrayna heyətinin tərkibində Fransaya səfər edib.

Xatırladaq ki, AŞPA-nın qış sessiyası yanvar ayının 25-dən 29-dək Strasburqda keçirilib.

Mustafa Cəmilov öz çıxışına Dağlıq Qarabağda yaranan vəziyyətə dair əsaslı və obyektiv məruzə üçün AŞPA-nın Siyasi məsələlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolterə təşəkkürlə başlayıb.

M. Cəmilov qeyd edib ki, Uolterin məruzəsində və əlavə edilən qətnamə layihəsində suveren dövlətin ərazisini işğal edənin kim olduğu dəqiq göstərilib, nəticədə 25 il sürən bu işğalda minlərlə insan ölüb.

Krımoğlunun fikrincə, Ermənistan yalnız beynəlxalq hüquq normalarına zidd olaraq işğal edilmiş əraziləri əlində saxlamaqla kifayətlənmir, həm də digər ölkələrə qarşı işğalçı siyasət yürüdən ölkələri dəstəkləməklə onların timsalında özünə müttəfiqlər axtarır.

Axı heç kim üçün sirr deyil ki, Ermənistan Ukrayna ilə kifayət qədər dost münasibətləri saxlasa da, 2014-cü il 27 mart tarixində BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya qarşı təcavüzünü və Krım yarımadasının işğalını dəstəkləyərkən, Moskvanın yardımı ilə Dağlıq Qarabağın işğalını davam etdirmək məqsədindən çıxış edib.

“Ehtimal edirəm ki, işğalçı dövlətə qarşı sanksiyalar yetərincə səmərəli olmalıdır və işğal edilmiş ərazilərin mümkün qədər tez azad olmasına istiqmətlənməlidir”, - o bəyan edib.

Açar sözlər:

Oxunub: 873