Sahibkarların nəzərinə! Qaydalar təsdiqləndi


15:39     03 Fevral 2016 statistika14.jpg

Azərbaycanda xarici şirkət və sahibkarlara rezidentlik statusunun müəyyən edilməsi qaydası açıqlanıb.


Femida.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin təsdiqlədiyi “Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında” 1-invest №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”, “Xarici borc haqqında” 1-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı forması, “Xarici borc haqqında” 1-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”, “Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında” 2-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı forması və “Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında” 2-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də əksini tapıb.

Hüquqi və fiziki şəxsin rezidentlik statusu təsis olunduğu ölkə (fiziki şəxslər üçün – vətəndaşlıq mənsubiyyəti) ilə deyil, onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi, bu əraziyə sıx bağlılığı və həmin ərazidə davamlı olaraq bir il müddətindən artıq fəaliyyət göstərməsi (fiziki şəxslər üçün – yaşaması) ilə müəyyən edilir. Bu şərtlərə uyğun olmayan hüquqi və fiziki şəxslər qeyri-rezident hesab olunur. Azərbaycanda yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları, Azərbaycanda əcnəbi tələbələr qeyri-rezidentlərə aid edilir. Hesabat üzrə məlumatlar ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələr, onların filial və nümayəndəlikləri, habelə xarici investisiyalar cəlb edən və xarici ölkələrə investisiya yönəldən, qeyri-rezidentlərin xidmətlərindən istifadə edən və onlara xidmət göstərən bütün müəssisə və təşkilatlar tərəfindən rüblük dövriliklə hesabat formasının üzərində göstərilən müddətlərdə Dövlət Statistika Komitəsinə www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir. Dövlət Statistika Komitəsi hesabatlarda göstərilən ilkin məlumatların məxfi saxlanmasına və onların yalnız toplu (ümumiləşdirilmiş) məlumatların formalaşdırılması üçün istifadə edilməsinə zəmanət verir.

Femida.az

Açar sözlər:

Oxunub: 1449