Şəmkirdə ev yandı


03:33     04 Fevral 2016 azvisionyangin0676.jpg

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Dağ Tatarlı kəndində (rayon mərkəzindən 42 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1005