Dilqəm və Şahbazdan yeni xəbər var


22:59     04 Fevral 2016 kelbecer%20girovlari%204%20fevral.jpg

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Bu barədə Femida.az-a BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, girovlara ailələri ilə bağlı xəbərlər çatdırılıb və onlardan ailələri üçün məlumat alınıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdunu ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

“Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Açar sözlər:

Oxunub: 1837