Avropaya qaçmaq istəyən azərbaycanlılar tutuldu


14:58     05 Fevral 2016 avropa%20miqrant%202209.jpg

Türkiyədən Avropa ölkələrinə qeyri-qanuni yolla keçmək istəyən 116 nəfər tutulub.


Yanvar ayında hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı, ümumilikdə 301 nəfər saxlanılıb, onlardan 116 nəfəri barəsində həbs qərarı çıxarılıb.

Həbs olunanalar arasında 5 Suriya, 4 İraq, 2 Bolqarıstan, Pakistan, Fələstin və Əl-Cəzair vətəndaşı var.

Tutulanlar arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir. Onların sayı dəqiq açıqlanmır.

Rəsmi məlumata görə, son 5 ildə Türkiyə sərhədlərini pozaraq Avropaya getmək istəyən 10-dan çox azərbaycanlı tutulub.

Açar sözlər:

Oxunub: 1292