Salyan sakini intihara cəhd etdi


02:48     11 Fevral 2016 intihar_asmaq_014544.jpg

Salyan rayonunda intihara cəhd olunub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonu Qaraçala kəndinin sakini, 1989-cu il təvəllüdlü Məmmədov Fariz Ramiz oğlu özünü asmaq istəyərkən ailə üzvləri tərəfindən xilas edilib.

F.Məmmədov komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Süni nəfəs aparatına qoşulan F.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 769