Mingəçevirdə kişi meyiti tapıldı


00:57     12 Fevral 2016 meyit05.jpg

Mingəçevirdə kişi meyiti tapılıb.


Femida.az-ın məlumatına əsasən, APA-nın xəbərinə görə, şəhərin İxtiyar Qasımov küçəsindəki fərdi yaşayış evində yaşayan 1984-cü il təvəllüdlü Gözəlov Zaur Alı oğlunun itkin düşdüyü məlum olub.

Ailə üzvləri Z.Gözəlovu axtararkən onun meyitini yaşadığı evin zirzəmisində tapıblar. Dərhal Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları mənzilə baxış keçiriblər. Meyit müayinə edilərkən məlum olub ki, Z.Gözəlov zirzəmidə ürək tutması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 745