Sabirabad sakini qətlə yetirildi


17:17     12 Fevral 2016 f09588ffa5c2c1f233a7e2849c4e16483.jpg

Sabirabad rayonunda qətl hadisəsi baş verib.


Femida.az APA-ya istinadən bildirir ki, hadisə ötən Sabirabad şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.

Rayon sakini, 1977-ci il təvəllüdlü İsmayılov Raqif Eldar oğlu həmin ünvanda bıçaqlanaraq qətlə yetirilib.

Cinayət-axtarış tədbirləri nəticəsində məlum olub ki, 1977-ci il təvəllüdlü İsmayılov Raqif Eldar oğlunu həmyerlisi, 1991-ci il təvəllüdlü Məmmədov Elşad Ələmdar oğlu gecə saatlarında öldürüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 964