Sabirabadda oğurluq edən şəxs tutulub


14:59     17 Noyabr 2017 ogru10.jpg

Sabirabadda bir neçə oğurluq hadisəsində şübhəli bilinən şəxs tutulub.

Femida.az-ın məlumatına görə, Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonunun Bulaqlı kənd sakini, 1974-cü il təvəllüdlü Sərdar Qulam oğlu Mirzəyev saxlanılıb.

S. Mirzəyev bu il oktyabrın 17-dən 23-dək rayonda traktor akkumulyatoru, həyətyanı sahədən 400 kiloqram buğda və idarələrdən birinə məxsus su təmizləyici qurğunun su diyircəyini oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 664